Kermandakı Terror Hadisəsi Haqda Qınama Bəyanatı

Günahsız insanların öldürülməsi – hansı siyasi inanç və düşüncədə olursa olsunlar – bir cinayət və terror aktıdır. Belə bir hərəkət, onun icraçılarının kimliyindən və məqsədlərindən asılı olmayaraq insaniyət və əxlaqa qarşı bir əməldir və qınanmalıdır.

Azərbaycan Demokratiya və İnkişaf Ocağı bu gün (3 Yanvar 2024) Kerman’da baş vermiş dinc əhali və məsum insanların qətlini – hər hansı bir dövlət, təşkilat və ya qrup tərəfindən edilmiş olursa olsun – qınayır və bu faciənin yaralılarına və itkinlərin ailələrinə başsağlığını və həmrəyliyini bildirir.

Azərbaycan Demokratiya və İnkişaf Ocağı
03.01.2024

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + seven =

Scroll to Top