Azərbaycan Demokratiya və İnkişaf Ocağı

İnkişaf Və Demokratik Düşüncənin Institutlaşması Istiqamətində Yol Açmaq Və Özünəməxsusluq, Cəmiyyətin Mövcud Problemlərinə Diqqət Yetirmək Və İran Və Güney Azərbaycan Cəmiyyətinin Geriqalma Amillərinə Toxunmaq Azərbaycanın Demokratiya Və İnkişaf Ocağının Hədəfləri Arasındadır.

Azərbaycan Ocağının Haqqında

Azərbaycan Demokratiya və İnkişaf Ocağı 2023-cü ildə quruluşunun son mərhələsini tamamladı. Ocaq Avropa, Amerika və dünyanın müxtəlif tədris və araşdırma mərkəzlərində təhsil almış təcrübəli və gənc siyasi-ictimai fəallar, eləcə də, qadın haqları müdafiəçilərindən ibarət tərkibdə təşkilatlandı.

İnkişaf Və Demokratik Düşüncənin Institutlaşması Istiqamətində Yol Açmaq Və Özünəməxsusluq, Cəmiyyətin Mövcud Problemlərinə Diqqət Yetirmək Və İran Və Güney Azərbaycan Cəmiyyətinin Geriqalma Amillərinə Toxunmaq Azərbaycanın Demokratiya Və İnkişaf Ocağının Hədəfləri Arasındadır.
Beləliklə, Demokratiya Ocağı Azərbaycan Və İran Türklərinin Milli Məsələlərindən Əlavə, İran Baş Verən Digər Sosial, Siyasi, Mədəni Məsələlərə Də Diqqət Yetirir.

Ən son blog yazıları

Azərbaycan Demokratiya və İnkişaf Ocağının Beynəlxalq Ana Dili Günü münasibəti ilə bağlı bəyanatı (1402)

İranda Ana Dilinə Dayanan Çoxdilli Təhsil Sisteminin Həyata Keçirilməsinə Dair Araşdırma Və Anlaşmanın Zəruriliyi Azərbaycan Demokratiya və İnkişaf Ocağının Beynəlxalq Ana Dili Günü münasibəti ilə bağlı bəyanatı (1402) 21 fevral Beynəlxalq Ana Dili Günüdür. Bugün ana dilində təhsildən məhrum olduqlarından yüz ilə yaxın keçən İranda qeyri-farslar üçün mənalı və həsrət dolu bir gündür. Mərkəzçi siyasi qüvvələr İranın parçalanmağı qorxusunu yaymaq başda olmaq üzrə müxtəlif bəhanələrlə bu demokratik ve insan haqlarına

Daha ətraflı »
کنفرانس کثرت زبانی و حضور فعال کانون دمکراسی و توسعه آذربایجان

Azərbaycan Demokratiya və İnkişaf Ocağının Ana Dili Günü konfransında fəal iştirakı

17 fevral 2024-cü il tarixində Almaniyanın Köln şəhərində Ana Dili Günü münasibətilə “Çox dillilik; Çətinliklər və İmkanlar” adlı özəl konfrans keçirildi. Türk Qadınları Mərkəzinin təşəbbüsü ilə keçirilən bu unikal tədbirdə Azərbaycan Demokratiya və İnkişaf Ocağı da bir heyətlə fəal iştirak etmişdir. Konfrans əslində İran milliyyətlərinin birgə məhsulu idi. Proqramın aparıcıları bəluç, türk, ərəb və kürd millətlərindən idilər.Konfrans empatiya və həmrəyliyin hakim olduğu ve həsrət, göz yaşı, musiqi və İran xalqlarının

Daha ətraflı »

Kermandakı Terror Hadisəsi Haqda Qınama Bəyanatı

Günahsız insanların öldürülməsi – hansı siyasi inanç və düşüncədə olursa olsunlar – bir cinayət və terror aktıdır. Belə bir hərəkət, onun icraçılarının kimliyindən və məqsədlərindən asılı olmayaraq insaniyət və əxlaqa qarşı bir əməldir və qınanmalıdır. Azərbaycan Demokratiya və İnkişaf Ocağı bu gün (3 Yanvar 2024) Kerman’da baş vermiş dinc əhali və məsum insanların qətlini – hər hansı bir dövlət, təşkilat və ya qrup tərəfindən edilmiş olursa olsun – qınayır və

Daha ətraflı »

Azərbaycan Demokratiya və İnkişaf Ocağı üzvlərinin Stokholm 21 Azər seminarında fəal iştirakı

16 Dekabr 2023-cü ildə, İsveçin Stokholm şəhəri Azərbaycan Milli Hökumətinin yaradılmasının yetmiş yeddinci ildönümü münasibət ilə bağlı 21 Azər seminarının ev sahibi idi. Tribun jurnalı tərəfindən təşkil edilən bu seminarda müxtəlif ölkələrdən danışıq aparanlar və qonaqlar iştirak etmişlərdi, onların arasında Azərbaycan Demokratiya və İnkişaf Ocağının üzvləri də fəal şekildə iştirakları olub.Professor Doktor Rafael Hüseynov Bakı Universitetindən, Professor Doktor Tufan Gündüz Ankarada Qazi Universitetindən, tarixçi alim Doktor Yunis Leysi, Azərbaycan Ocağının

Daha ətraflı »
Ocağ Vizual Mediada

YouTube-da videolarımızı və söhbətlərimizi izləyin

Ocağın Məramnaməsi

Azərbaycan Demokratiya Və İnkişaf Ocağının (Bundan Sonra Ocaq) Məramnamə (Əsasnaməsi) Adı Ilə Hazırlanan Bu Sənəd Azərbaycan Və İranın Mövcud Vəziyyətinin Köklərini Qısaca Olaraq Nəzərdən Keçirir Və Izah Edir, Eləcə Də Onun Əsas Problemləri Və Böhranlarını Sadalayır. Daha Sonra Isə Mövcud Böhranları Həll Etmək Məqsədi Ilə Azərbaycan Ocağının Hansı Prinsiplər Və Baxışlar Üzərində Qurulacağını Açıqlayır. Sənədin Yekun Versiyası Hazır Olduqdan Sonra Ocağın Konqresində Nəzərdən Keçiriləcək Və Təsdiq Olunacaqdır.

Azərbaycan Mərkəzi Proqramı

01
Ümumdünya İnsan Haqları Bəyannaməsi

Eləcə Də BMT-Nin Bütün Konvensiyaları İranın Milli Qanunları Kimi Tanınmalı Və Bu Konvensiyaların Bütün Təfərrüatları Milli Qanunlarda Həyata Keçirilməli Və Qüvvəyə Minməlidir. Onlara Zidd Olan Bütün Qanunlar Ləğv Edilməlidir

02
Dünyəvi Hökumət

Hökumət Bütün Din, Məzhəb Və Ideoloji Inanclara Bərabər Yanaşmalı, Heç Bir Dövlət Orqanı Və Ya Hökumətə Bağlı Olan Şəxs, Din Və Ya Dini Inanc Əsasında Qərar Qəbul Etməməlidir

03
Cinsi/Gender Kimliyi

Gender Kimliyinə Əsaslanan Hüquqi Bərabərlik Konstitusiya Ilə Təmin Edilməli Və Bu Prinsipin Cəmiyyətin Bütün Səviyyələrində Həyata Keçirilməsi Daimi Nəzarətdə Saxlanılmalı, Eləcə Də Bu Baxımdan Digər Cinsi Və Gender Azlıqların Hüquqları Qorunmalıdır

04
Dil Və Mədəni Ədalət

Assimilyasiya Siyasətləri Tamamilə Dayandırılmalı, Bütün Dillər Və Kimliklər Tanınmalıdır. Gələcəkdə Bütün Etnik Qruplar Arasında Ədalət Nəzərə Alınmaqla Qanunlar, Qaydalar Və Layihələr Hazırlanmalı, Keçmiş Zülmlər Və Ədalətsizliklərin Əvəzinin Ödənilməsı, Həmçinin Nəticələrini Aradan Qaldırmaq Üçün Lazımı Tədbirlər Görülməlidir

05
Vətəndaşlara Nəzarət

Qanunvericilik, Icra Və Məhkəmə Hakimiyyətinin Müstəqilliyi Konstitusiya Ilə Təmin Edilməli Və Bu Üç Səlahiyyətin Icrasına Peşəkar Və Güclü Media, Həmçinin Qeyri-Hökumət Təşkilatları Nəzarət Etməlidir

06
Mərkəzdə Cəmləşməmiş Hakimiyyət

Hökumətinin Strukturundan Mərkəzçilik Aradan Qaldırılmalı, Dünyada Mövcud Ən Uğurlu Nümunələrə Əsaslanaraq Qanunvericilik Və Icra Işləri Mümkün Qədər Vətəndaşların Iştirakı Ilə Həyata Keçirilməlidi

07
Qonşularla Gərginliyin Azaldılması, Eləcə Də Qlobal Dəyərlərə Hörmət Və Rəğbətlə Əsaslanan Iqtisadi Inkişafın Öncəlik Olması

İran Təbii Sərvətləri Satmağa Ehtiyacı Olan Ölkədən Qlobal Bazarlarda Rəqabət Apara Bilən Məhsullar Istehsal Edən Ölkəyə Çevrilməlidir

08
Sosial Ədalət

Bütün Inkişaf Proqramları Və Layihələri Cəmiyyətinin Rifahına, Insanların Müxtəlif Təbəqələrinin Hüquqlarının Təmin Edilməsinə, Həmçinin Ayrı-Seçkiliyin Aradan Qaldırılmasına Xidmət Etməlidir

09
Ətraf Mühitin Mühafizəsi Və Bərpası

Ətraf Mühitin Qorunması Hər Bir Layihə Üçün Ən Vacib Şərt Olmalıdır. Bununla Yanaşı, Ekologiya Ilə Bağlı Aktual Problemlərin Ali Məktəb Və Ixtisaslaşmış Müəssisələrin Iştirakı Ilə Elmi Yanaşma Ilə Həlli Gündəmdə Olmalıdır

Azərbaycan Demokratiya və İnkişaf Ocağı

Bizimlə əlaqədə olun

Scroll to Top