Dekabrın 31, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 1989-cu ilin dekabr ayının son günlərində Araz çayının hər iki tərəfində yaşayan azərbaycanlılar simvolik bir hərəkətlə İran-Sovet sərhədindəki tikanlı məftilləri qopardaraq, özlərini suya atıb, Arazın o tayındakı qohum və həmvətənləri ilə görüşməyə tələsdilər! O vaxtdan bəri baş verən bütün tarixi hadisələr göstərdi ki, siyasi sərhədlər heç vaxt Arazın hər iki tərəfində yaşayan insanların həmrəyliyinə, birliyinə və ortaq hisslərinə mane ola bilməyib.
Bu mənəvi sərvət, İran və Azərbaycan Respublikası arasında strateji ittifaqın qurulması üçün misilsiz bir potensiala malik olduğunu göstərir və iki ölkə arasında yaxınlaşma və əməkdaşlıq platformasının yaradılmasına səbəb ola bilər. Lakin İran İslam Respublikası bu məsələyə təhlükəsizlik baxımından yanaşaraq, onu İranın türk bölgələrində repressiya və təzyiq yaratmaq, Azərbaycan Respublikasında isə işğal və terrorizmi dəstəkləmək üçün bəhanə kimi istifadə edir. Bu yanaşma öz növbəsində bu bölgələrin inkişafına mane olur və İranın bölgədə təcrid olunmasına səbəb olur.
Federal və demokratik İranda, İran türkləri milli hüquqları ilə yanaşı, siyasi gücdən və xarici siyasətdən də pay alacaqlar. İran türkləri İranın Türk Dünyası Birliyinə üzv olması üçün körpü olacaqlar və beləliklə, bölgə ölkələri arasında qazan-qazan siyasəti ilə İran da bölgənin inkişafında əsas oyunçulardan biri olacaq.
Yaxın gələcəkdə belə bir günün ümidiylə, yeni ili təbrik edir, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü azərbaycanlılara və bütün bölgə xalqlarına təbrik edirik!
Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyasi (OCAQ)