4 May tarixində Almaniya’da, İranın gələcəyində Azərbaycan türklərinin təsiri barədə əhəmiyyətli bir konfrans keçirildi. “Azərbaycan (İran) və Davamlı Demokratıyanın Formalaşma Sürəci” adı ilə keçirilən konfransın evsahibi Berlində yerləşən Humboldt Universitätı idi. Konfransın təşkilatçısı “Azərbaycan Sivil Toplum Aktivistləri” quruluşu idi ki, Azərbaycan Demokratıya və İnkişaf Assosiasiyası (Ocaq) onun qurucularından biridir.
Çıxışçıları sadəcə İran türklərindən olan konfransda tanınmış aktivistlər, siyasətçilər və gənc fəallar çıxış ediblər. Konfrans Azərbaycan Demokrat Partisinin nümayəndəsi xanım Simin Səbri və Azərbaycan Demokratıya və İnkişaf Assosiasiyası (Ocaq)ın nümayəndəsi sayın Əlirza Ərdəbili çıxışı ilə açıldı.
Konfrans, üç panel tərkibində, xanım Umay Radmehr, Yünis bəy Sultanzadə və xanim Mehri Əsədzadənin yönətməsində keçirildi. Çıxışçı kimi Kanada’da regional hökumətdə nazirlik etmiş Reza Moridi, tanınmış siyasətçi Həsən Şəriətmədari, tanınmış milli fəal və Azərbaycan Ocağının mərkəz şura üzvü Əlirza Ərdəbili, yazar Ziya Sədr, siyasi fəal Simin Səbri, həsən Əfraz, İnsan haqları aktivisti Jalə Təbrizli, şərhçi jurnalist Yünis Şamili, qadın hüququ aktivisti və Azərbaycan Ocağı mərkəz şura üzvü Umay Radmehr və qadın hüququ fəalı Səhra Hakkakpur, sol aktivist Ümid Əgdəmi konfransda iştirak edib öz fikirlərini paylaşdılar. Konfrans, gələcək İran üçün uyğun demokratik rejim, mədəni nasyonalizm, cins cəmiyyət demokratiyası və digər mövzuları müzakirə etdi.
Təəssüflə video-konfransla qatılması planlanan Sülh Nobel mükafatını qazanmış Şirin Ebadi teknik problemlərdən dolayı konfransa qatıla bilmədə də, sonrası açıq bir məktubla problemi izah edərək üzür dilədi.
Konfransın qatılanları arasında İran müxalifəti və qeyri-fars milliyyətlərin nümayəndələri də iştirak etdilər. Habelə, çox sayda iştirakçı internet vasitəsilə konfransı dinləyə bildilər.