کنفرانس کثرت زبانی و حضور فعال کانون دمکراسی و توسعه آذربایجان

Azərbaycan Demokratiya və İnkişaf Ocağının Ana Dili Günü konfransında fəal iştirakı

17 fevral 2024-cü il tarixində Almaniyanın Köln şəhərində Ana Dili Günü münasibətilə “Çox dillilik; Çətinliklər və İmkanlar” adlı özəl konfrans keçirildi. Türk Qadınları Mərkəzinin təşəbbüsü ilə keçirilən bu unikal tədbirdə Azərbaycan Demokratiya və İnkişaf Ocağı da bir heyətlə fəal iştirak etmişdir. Konfrans əslində İran milliyyətlərinin birgə məhsulu idi. Proqramın aparıcıları bəluç, türk, ərəb və kürd millətlərindən idilər.
Konfrans empatiya və həmrəyliyin hakim olduğu ve həsrət, göz yaşı, musiqi və İran xalqlarının rəqslərinin nümayişi ilə keçdi. Çıxışçılar İranda çox dillilik məsələsi və bununla bağlı problem və imkanları səmimi, emosional və eyni zamanda elmi və məqsədyönlü atmosferdə müzakirə ediblər. Bu bir günlük konfrans beş hissədən ibarət idi; Birinci hissə çoxmillətli İran ölkəsinin təkdillilik məsələsinin müxtəlif yönlərindən bəhs edirdi. Şeyma Silavi, Həsən Əfraz, Melika Zər, Omid Əqdəmi və Jalə Təbrizi kimi müxtəlif sahələrdə ayrı-seçkiliyə qarşı mübarizə aparan fəallar bu bölmənin danışanları olub.
İkinci hissə çoxdilli təhsil sisteminin təqdimatı və elmi təhlilindən ibarət idi. Bu sahədə tədqiqatçılar; Behruz Şucai və Nigar Golkar öz mərüzələrini təqdim ediblər.
Üçüncü hissədə “təkdilliliyə son” kampaniyasının tanıdılıb və çoxdilli təhsil sistemində qlobal təcrübə klipi səsləndirilib. Videokonfrans vasitəsilə keçirilən bu bölmənin məruzəçisi Reza Muridi idi.
Dördüncü bölmədə, dil təhsili üzrə uzman Əmir Kalanın bu gün İranda çoxdilli təhsil sisteminin praktiki tətbiqi ilə bağlı çıxış edib. Bu bölmə qatılımcıların sual-cavabları ilə davam edib.
Mədəniyyət hissəsi adlanan beşinci hissə türkmən ziyalı şairi Məxtum Quli Fərağinin Yusuf Korun təqdimatı ilə başladı. Daha sonra Gilək sənətçisi Sogoli tamaşaçıların rəqsi ilə müşayiət olunan İran xalqlarının folklor mahnılarını ifa edib.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

× 4 = twelve

Scroll to Top