Azərbaycan Demokratiya və İnkişaf Ocağının Dunyalıq Əmək Günü ilə Bağlı Bəyanatı

1 May tarixi, ədalətin bərqərar olması, istismarçı və insani olmayan münasibətlərin aradan qaldırılması uğrunda əməkçilərin və işçilərin yüz illər boyu verdikləri mücadələnin anım günüdür. Bu gün zülm, yoxsulluq, savaş və ayrı-seçkiliyin olmadığı bir dünya uğrunda verilən mübarizənin simvoludur. Öyrətmənlər, pərəstarlar, təqaüdçülər, işçilər, işləyən uşaqlar və hətta işsizlər də daxil olmaqla, İranda bütün çalışanlar üçün Dunyalıq Əmək Gününün əhəmiyyəti artıqraqdır. Çünki bir tərəfdən İslam Cumhuriyətinin hakimiyyəti altında olan toplumun siyasi, iqtisadi və sosial şəraiti illərdir kritik bir vəziyyətdədir və gündən-günə daha da pisləşir, digər tərəfdən də işçilər bu çətin durumdan ən çox zərər görən cəmiyətdir.

Bu il biz Dünyalıq İşçilər Gününü elə bir vaxtda keçiririk ki  hökumət işçi nümayəndələrinin razılığı olmadan minimum işçi maaşlarını təsdiq etmişdir. Yalnız iş verənlərin və hökumətin səs verməsi ilə təsdiq edilən işçi maaşları, bu il inflyasiyanın sürəti və qiymət artımı ilə heç bir şəkildə mütənasib olmayıb. Başqa sözlə, hakim istismarçı sistem işçilərin iş gücündən  daha çox qazanc əldə etməsinə rəğmən işçilər öncəki ilə görə daha yoxsullaşdılar. Şübhəsiz ki, bunun əsas səbəbi İranda işçilərin hüquqlarını müdafiə edə biləcək müstəqil və milli əmək təşkilatının olmamasıdır. Əslində, işçiləri iş verənlərin və sərmayənin istismarına qarşı müdafiəsiz etmək üçün İslam Respublikası dəmir yumruq siyasəti ilə müstəqil təşkilatların yaranmasına mane olur və saxlama, işkəncə və uzun müddətli həbs cəzaları verməklə işçi hərəkatının fəallarını susdurmağa çalışır.

İslam İnqilabını sadir etmək cəhdləri və beynəlxalq ictimaiyyətin İrana qarşı cəza tədbirlərinə səbəb olan İran İslam Cumhuriyətinin bölgədəki müharibə qızışdıran siyasətləri on illərlə işçilərin durumuna ciddi təsir edib. Sadiratın məhdudlaşdırılması, kontrolsuz idxal, ölkəyə daxil olan sərmayənin olmaması, sərmayənin və işverənlərin qaçması ilə birlikdə istehsalın azalmasına, işsizliyin artmasına və işçilərin öz haqlarını əldə etmələri üçün fəaliyyət imkanlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.

Ölkənin dünya bazarından təcrid olunması və istehsal olunan məhsulların keyfiyyətinin aşağı olması və ölkənin bütün iqtisadiyyatının zəyif və gücsüz olması səbəbindən ölkənin sənaye və xidmətlərinin beynəlxalq rəqabətə girməməsi nəticəsində bütün sərmayə və iş sahabları devlət dəstəyinə və fəsada üz tutublar. Bu arada bölgəyə müharibə kölgəsi salan İslam Cumhuriyəti ilə İsrail arasında son gərginlik narahatlıqları daha da artırıb. Çünki savaş bir toplumun, xüsusən də onun aşağı təbəqələri üçün mümkün olan ən pis hadisədir və ilk növbədə onların övladlarının geçimini və həyatını təhlükə altına qoyur.

İranın hər yerində işçilərə, qadınlara və digər kimliklərə qarşı edilən bütün zülm və haqsızlıqların  şiddəti müxtəlif bölgələrdə eyni deyil. Məsələn, Azərbaycanda yaşayan türk işçilərin şəraiti mərkəzi şəhərlərdə yaşayan işçilərdən qat-qat ağırdır. Çevrə və fars olmayan bölgələrə qarşı ayrı seçkilik, bu bölgələrin mədənlərinin və təbii qaynaqlarının talan edilməsi ilə də özünü göstərir, rifah səviyəsinin aşağı olmasında da görünür, dövlətin bu bölgələr üçün ayırdığı inkişaf qaynaqlarında da görünür.

Azərbaycan Demokratiya və İnkişaf Ocağı Dünyalıq Əmək Günü münasibəti ilə sosyal ədalət ve işçi hüquqları uğrunda qlobal mübarizəyə hörmətlə yanaşaraq Birləşmiş Millətlər Təşkilatının Mədəni və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 22-ci maddəsinə uyğun olaraq vurğulayır ki müstəqil təşkilatlanma hüququ toplumun bütün təbəqələrinin ve eləcə də işçilərin demokratik hüququdur və işçi hərəkatının ən mühüm və zəruri ehtiyaclarından biridir. Azərbaycan Demokratiya və İnkişaf Ocağı İran hökumətinin işçi hərəkatını susdurmaq və bu hərəkatın fəallarına həbs və işgəncə verməklə bağlı etdiklərini qınayır və işçilərin müstəqil birliklər ve sendikalar yaradması hökümətin mane olmamasını istəyir.

Azərbaycan Demokratiya və İnkişaf Ocağı şiddətdən uzaq mədəni vətəndaş mucadələsinə inanır və İranı dəyişdirmək üçün istənilən savaş və xarici müdaxiləyə qarşıdır. Bununla yanaşı, Azərbaycan Ocağı İran hökumətinin bölgəyə müdaxiləçi və müharibəni qızışdıran siyasətini qətiyyətlə qınayır. Çünki bu yanaşma nəticəsində ölkə, dünya ilə faydalı sənaye, iqtisadi və ticarət əlaqəsindən qopub, cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusən də işçilərin yoxsulluğuna və məhrumiyyətlərinə səbəb olmuşdur. Fikrimizcə, ölkənin iqtisadi gəlişməsinə ilk addım İran hökumətinin xarici siyasətini dəyişməkdir ki, qonşu ölkələrdəki hərbi və silahlı qruplaşmalara dəstək vermək yerinə, qonşu ölkələrlə yaxınlıq, əməkdaşlıq və birliyi gündəmə gətirməlidir.

Mərkəzi hökumətin qeyri-fars etnik və millətlərinə qarşı iqtisadi ayrı-seçkilik, mədəni məhrumiyyət və siyasi basqısı, çevrə şəhərlərdən mərkəzi və fars bölgələrinə böyük ölçüdə köçmələrə səbəb olmuş və böyük şəhərlərdə yoxsul kənar məhəlləlrin yaradılmasına yol açmışdır. Bu hadisə öz növbəsində İranda tarixi birgəyaşayışı təhlükə altına qoyub. Fikrimizcə, hökumət formunun qeyri-mərkəzləşdirilməsi və idarə və hökumət səlahiyyətlərinin federalizm formasında nisbi bölüşdürülməsi, etnik problemi həll etməyə və etnik ayrı-seçkiliyi aradan qaldırmağa, iqtisadi çiçəklənməyə və işçilərin vəziyyətini yaxşılaşdırmağa imkan verəcəkdir.

Azərbaycan Demokratiya və İnkişaf Ocağı

Aprel 2024

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

+ thirteen = eighteen

Scroll to Top