Azərbaycan Demokratiya və İnkişaf Ocağının Dünya Qadın Günü ilə Bağlı Bəyanatı

Dünya Qadınlar Günü dünya səviyyəsində bərabərlik mübarizəsinin bir bölümü olaraq dünyanın müxtəlif bölgələrindən cəmləşmiş arzu və istəklərin birliyini yüksəldən bir səhifədir. 8 Mart yalnızca keçmişdə görülmüş işləri anmaq deyil, həmdə həmrəyliyi və mübarizəni davam etdirmək üçün çağrışdırır.

Azərbaycan Demokratiya və İnkişaf Ocağının quruluşundan sonra 8 Martın ilk İldönümündə dərin hörmət və qürur hissi ilə, azadlıq, bərabərlik və hər cür köhnəlmiş istismar və müstəmləkə qanunlarına qarşı savaşda dik duran bütün mübarizləri anırıq.
Bu gün qadınların mədəni, ictimai, iqtisadi, siyasi və elm sahələrindəki saysız  uğurlarının qeyd olunduğu gündür.

İranda mərkəz dışı yaşayan qadınlar, qadına qarşı təzyiqlər və cinsi ayrıseçkiliyə yol açan qanunlarla, eləcə də “özgə olmağ”ın mənfi nəticələri
ilə də mübarizə aparmaq məcburiyətində qalırlar.

Bu “özge olmaq” mərkəzləşmiş cəmiyyətin iliyinə qədər işləmiş və qadınların “normadan” kənar siyasi fəaliyyətlərinə, iqtisadiyyata qatqılarına, habelə qarşılıqlı sosial münasibətlərinə fundamental təsir etmişdir. Bu prosesdə “yoxsulluq” təkcə iqtisadi problem kimi deyil, eyni zamanda cinsi problem kimi də ön plana çıxır, qadınlara və binyarlı qruplara güclü mənfi təsir göstərir.

İnstitusional ayrı-seçkilik və sosial maneələr nəticəsində “qadın yoxsulluğu” qadınların resurslara, imkanlara və gücə çıxışını məhdudlaşdırır. Bu vəziyyətin dərk edilməsi cinsi baxımından yoxsulluqla mübarizənin zəruriliyini vurğulayır və yoxsulluğun aradan qaldırılmasını sosial ədalətə nail olmaq yolunda mühüm addım kimi önə çəkir.

8 Mart gününü, qadın olmağın qayğısıyla mübarizə apararaq, fərqli kimliklərini bəlirtmək, özünəməxsusluqlarını bəyan edən və yaşamaq üçün basqı altında qalan qadınları təbrik edirik. Cinsiyyətlərinə görə məruz qaldıqları müxtəlif basqılara baxmayaraq, əsl kimliklərini ifadə etməyə, və həyatlarını yaşamağa çalışan qadınları təbrik edirik. Qadınlıq səsi təkcə qəfəsdə deyil, ana dili də vahid ve bütüncül düşüncə tərəfindən susdurulmuş qadınlara; cinsi kimliklərindən başqa, İranın mərkəz dışı kimliklərə sahib olduqlarına görə dünya iqtisadiyyatının rəqabətindən məhrum olan qadınları; tarix boyu məcburi köçkün olan və ya rəqs etməkdən, mahnılarını oxumaqdan məhrum edilən qadınları təbrik edirik.

İşçi qadınları, patriarxal cəmiyyətində qadın işçi olmağın çətinliyini yaşayan, bölgə sərvətlərinin talan edilməsinin qayğısını çəkən qadınları da 8 Mart münasibəti ilə təbrik edirik. kişilərlə bərabər haqlara sahib olmayan bir mərkəz dışı qadınlar, merkəziyətçi ve basqıcı hükümətdə mərkəziyətçi qadınlarla da eyni hüquqlara malik deyillər. Hətta həbslər, işgəncələr və ölümlər xəbərləri mediada qeyri-bərabər işıqlandırılır.

8 Martda xərçəng epidemiyası, maliyyə böhranları, su qıtlığı, hava çirkliliyi, yanlış idarəetmə və geniş yayılmış iqtisadi tənəzzüllər nəticəsində artan yoxsulluq və iqtisadi qeyri-sabitlik kimi problemlərlə mübarizə aparan və ayrıseçkiliyə məruz qalan qadınları da yad etməliyik. Bu qadınlar kameraların və xəbərlərin gözündən uzaq qalsalar da, gündəlik həyatlarında davamlı müqavimət və dik duruş göstərirlər.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty eight + = thirty one

Scroll to Top