Azərbaycan Demokratiya və İnkişaf Ocağı üzvlərinin Stokholm 21 Azər seminarında fəal iştirakı

16 Dekabr 2023-cü ildə, İsveçin Stokholm şəhəri Azərbaycan Milli Hökumətinin yaradılmasının yetmiş yeddinci ildönümü münasibət ilə bağlı 21 Azər seminarının ev sahibi idi. Tribun jurnalı tərəfindən təşkil edilən bu seminarda müxtəlif ölkələrdən danışıq aparanlar və qonaqlar iştirak etmişlərdi, onların arasında Azərbaycan Demokratiya və İnkişaf Ocağının üzvləri də fəal şekildə iştirakları olub.
Professor Doktor Rafael Hüseynov Bakı Universitetindən, Professor Doktor Tufan Gündüz Ankarada Qazi Universitetindən, tarixçi alim Doktor Yunis Leysi, Azərbaycan Ocağının sözçüsü Mühəndis Duman Radmehr və Tribun jurnalının baş redaktoru və Azərbaycan Ocağının Mərkəzi Şurasının üzvü Əlirza Ərdəbili seminarın əsas çıxış edenlerı olmuşlar.
Duman Radmehrin çıxışında əsas diqqət Azərbaycan Milli Hərəkatının yeni mərhələsi və partiya işi prizmasından onun patologiyası olub. Bu çıxışın videosu hazırlanır və tezliklə yayımlanacaq.

Əlirza Ərdəbilinin çıxışının mövzusu “Tribun” jurnalının tarixi və nəşrinin yeni mərhələsinə dair hesabat olub. Şair, yazıçı, Azərbaycan Ocağının Mərkəzi Şurasının üzvü İsmayıl Cəmilinin “Təbrizin Sevgi Payı” şer kitabının təqdimatı da seminarın tərkib hissəsi olub.
Seminarın yan iclaslarında Ocağın Mərkəzi Şurasının digər üzvləri; Ayaz Ebadi, Əmir Mehdipur, Məmməd Ənsa, doktor Burla Əlioğlu İran və Azərbaycanda mövcud böhranlarla bağlı fikirlərini dinləyicilərlə bölüşüblər.

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two + = three

Scroll to Top