İran İslam Respublikasının 2024-ci ilin Seçkiləri Barədə Boykot Bəyanatı

Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyası (OCAQ)ın,İran İslam Respublikasının 2024-ci ilin Seçkiləri Barədə Boykot Bəyanatı

Yaxın bir zamanda İranda İslam Şura Məclisinin 12-ci və Ekspertlər Məclisinin isə 6-cı seçkisi keçiriləcək. Araşdırmalara görə, qatılım səviyyəsi İslam Respublikası tarixində ən aşağı səviyyədədir. Bu, hakimiyyətin tənqidçiləri, əleyhdarları və etirazçıları sıxışdırmaq, korrupsiya və açıq zorakılıq nəticəsində İran xalqının gəlib çatdığı bu mövqeini göstərməkdədir ki, özünü və ölkəsini xilas etmək üçün yeganə yol İslam Respublikasından keçməkdir. Başqa sözlə, boykot, İran İslam Respublikasının heç bir ölçü və standarta uyğun olmayan seçkiləri tələsindən yan keçmək üçün hardasa ümummilli konsensusdur.

İslam Respublikası öz 45 illik taraixində, bir yandan İran milliyyətlərinin ayrı-seçkiliyə qarşı hərəkatlarını basdırıb və bütün müstəqil və tənqidi siyasi cərəyanları aradan qaldırıb, o bir yandan isə Keşikçilər Şurasının nəzarəti yolu ilə hakimiyyətin sərt zorakılığını tətbiq etmişdir. Bunun yanısıra toplumda saxta Radikal-islahatçı qutublaşmasını yaratmaqla, xalqı pislə daha pis arasından birini seçməyə məcbur etmiş, bu şou seçkiləri özünün legitimlik və qəbul səviyyəsinin əlaməti kimi təqdim etmişdir.

Lakin 2018-cı ilin etiraz aksiyalarında “islahatçı, Radikal, daha bitdi oyun” şüarının səsləndirilməsi, ayrı-seçkiliyə məruz qalan kimliklərə əlavə olaraq, mərkəz cəmiyyətinin də bu saxta ikilikdən uzaqlaşmaq üçün yeni və ciddi inanclara çatdığını göstərmişdir. Bu insanların bir çoxu 2014 və 2018-cı il prezident seçkilərində və 2016-cü il parlament seçkilərində narazılıqlarına baxmayaraq iştirak etmiş, “tədbir və ümid” hərəkatının qələbəsi ilə siyasi, sosial və iqtisadi açılışa imkan yaransın istəmişdir. Amma sonrakı sivil etirazların sərt və geniş şəkildə yatırılması, bu qeyri-demokratik və qeyri-insani sistemin özünü dəyişməyə, islah etməyə gücü olmadığını göstərmişdir.

Azərbaycan və İran türklərinə qarşı ikiqat qəddarlıq, onların İslam Respublikasında vəziyyətinin düzələcəyinə ümidlərini itirməsinə daha əvvəl səbəb olmuşdur. İslam Respublikası dövründə əslində türklər üçün mədəni assimilyasiya, məhrumiyyət, və siyasi güc və sərvət mərkəzlərindən uzaqlaşma siyasəti daha sərtləşmişdir. Bu illər ərzində Azərbaycan xalqının haqsızlıqları qanuni yollarla, partiya yaratmaq, seçkilərdə iştirak yolu ilə həll etmək üçün bütün cəhdləri hakimiyyət tərəfindən boşa çıxarılmış və bu prosesə etiraz edən fəallar da ciddi şəkildə basqı altına alınmışdır.

İran xalqının tərəfindən seçkiləri boykot əlamətləri, ilk İslam Şura Məclisinin 11-ci dövrünün seçkilərində (2020), sonra isə 2022də keçirilən prezident seçkilərində xalqın iştirak səviyyəsinin ən aşağı olduğunda üzə çıxmışdır. Ondan sonra, “Qadın, Yaşam, Azadlıq” qiyamının başlaması və bu etirazların rejim tərəfindən sərt şəkildə yatırılması ilə cəmiyyətin səssiz təbəqələrini də bu nəticəyə çatdırdı ki, İran rejiminin seçki və reform yolu ilə düzəlməsi imkansızdır.

Biz Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyası (OCAQ) inanırıq ki, İslam Respublikasından keçmək üçün bu ümumi boykot konsensusunu fəal şəkildə təsdiqləməli və möhkəmləndirməliyik. Seçki adlanan nümayişə qatılmamaqla, meydanlarda xalq etirazları zorakı repressiyalar nəticəsində müəyyən qədər səngin olmasına baxmayaraq, İran xalqı bir daha bu rejimdən xilas olmaq qərarında olduğunu və bu yolda öz iradəsini göstərmiş olacaq.

Bundan əlavə, Qərbi Azərbaycanın bəzi şəhərlərinin xüsusi vəziyyətinə görə, rejimin strategiyalarına və seçkilər zamanı türk-kürd bölgüsündən öz mənfəətləri üçün sui-istifadə etməsinə xüsusi diqqət yetirilməlidir. İslam “Cümhuriyyəti” adlanan rejim, legitimlik əldə etmək üçün hər neçə ildən bir saxta seçki keçirilməsi Azərbaycan torpağına ərazi iddiası edənlərin onun nəticələrindən sui-istifadə etməsinə mane olmur. Bu səbəbdən, Qərbi Azərbaycanda bu cür sui-istifadələrin qarşısını almaq üçün məsələnin bütün tərəflərini nəzərə alaraq milli fəalların və Azərbaycan xalqının sayıqlığı vacibdir.

Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyası (OCAQ)
Fevral 2024

Leave a Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

+ sixty one = 69

Scroll to Top