Azərbaycan Demokratiya və İnkişaf Ocağı

İnkişaf Və Demokratik Düşüncənin Institutlaşması Istiqamətində Yol Açmaq Və Özünəməxsusluq, Cəmiyyətin Mövcud Problemlərinə Diqqət Yetirmək Və İran Və Güney Azərbaycan Cəmiyyətinin Geriqalma Amillərinə Toxunmaq Azərbaycanın Demokratiya Və İnkişaf Ocağının Hədəfləri Arasındadır.

Azərbaycan Ocağının Haqqında

Azərbaycan Demokratiya və İnkişaf Ocağı 2023-cü ildə quruluşunun son mərhələsini tamamladı. Ocaq Avropa, Amerika və dünyanın müxtəlif tədris və araşdırma mərkəzlərində təhsil almış təcrübəli və gənc siyasi-ictimai fəallar, eləcə də, qadın haqları müdafiəçilərindən ibarət tərkibdə təşkilatlandı.

İnkişaf Və Demokratik Düşüncənin Institutlaşması Istiqamətində Yol Açmaq Və Özünəməxsusluq, Cəmiyyətin Mövcud Problemlərinə Diqqət Yetirmək Və İran Və Güney Azərbaycan Cəmiyyətinin Geriqalma Amillərinə Toxunmaq Azərbaycanın Demokratiya Və İnkişaf Ocağının Hədəfləri Arasındadır.
Beləliklə, Demokratiya Ocağı Azərbaycan Və İran Türklərinin Milli Məsələlərindən Əlavə, İran Baş Verən Digər Sosial, Siyasi, Mədəni Məsələlərə Də Diqqət Yetirir.

Ən son blog yazıları

هشدار! ایران را سوریه نکنید!

XƏBƏRDARLIQ! İRANI SURİYAYA ÇEVİRMƏYİN!

Azərbaycan Demokratıya və İnkişaf Assosiasiyası (OCAQ) tərəfindən Kürd silahlı qruplarının təhdidləri və keçid dövründə Qərbi Azərbaycan Əyalətində ehtimal olunan hakimiyyət boşluğundan sui-istifadə ilə bağlı BƏYANAT İran müasir tarixin ən önəmli və kritik mərhələlərindən birinə qədəm qoyur. Yaxın Şərqdə baş verən geosiyasi dəyişikliklər, xüsusilə də İsrail (və ABŞ) ilə İran İslam Respublikası arasında baş vermiş hərbi qarşıdurmalar İran rejiminin hərbi və kəşfiyyat strukturlarını ciddi şəkildə zəiflətmiş, bir çox sahələrdə ölkənin idarəçilik

Daha ətraflı »
بیانیه مشترک حزب دموکرات آذربایجان و کانون دموکراسی و توسعه آذربایجان (اوجاق) درباره وضعیت بحرانی کنونی کشور

Azərbaycanın iki siyasi təşkilatının ölkədəki mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı

17 iyun 2025 27 xordad 1404 Bütün İranda, xüsusən də Azərbaycanın bölgələrindəki hörmətli vətəndaşlar, Bildiyiniz kimi, İsrailin İrana birtərəfli hücumu ölkənin geniş ictimaiyyətini müharibəyə vəziyyətinə salıb və bunun nəticəsində, başlandığı gündən bu günə kimi xeyli sayda mülki şəxs bərpası mümkün olmayan fiziki, maddi və psixoloji zərərə məruz qalıb. İndi hətta həssas şəxslər və ya ərazilər hədəf alındığından bəzi şəhərlərin boşaldılmasına başlanılıb. Mülki infrastrukturun hədəfə alınmasının qarşısının alınmasında beynəlxalq hüququn pozulmasını

Daha ətraflı »
بیانیه کانون آذربایجان درباره درگیری نظامی اسرائیل و ایران

Azərbaycan Demokratiya və İnkişaf Ocağının İsrail və İran arasında hərbi toqquşma ilə bağlı bəyanatı

BəyanatAzərbaycan Demokratiya və İnkişaf Ocağının İsrail və İran arasında hərbi toqquşma ilə bağlı bəyanatı Azərbaycan Demokratiya və İnkişaf Ocağı (Ocaq) İsrail dövlətinin İran ərazisinə hərbi hücumu nəticəsində yaranan gərginliyi dərin narahatlıqla izləyir. Mövcud sübutlar göstərir ki, bu hücum əvvəlki lokal əməliyyatlardan fərqli olaraq, genişmiqyaslı və hərtərəfli bir müharibə xarakteri daşıyır.Döyüş meydanından gələn ilkin məlumatlar göstərir ki, İran İslam Respublikasının hərbi gücü bu hücum qarşısında son dərəcə həssas vəziyyətdə olub və

Daha ətraflı »
نامه سازمان‌های آذربایجانی و قشقایی و ترکمن به مجامع حقوق بشری درخصوص زندانیان سیاسی ترک در ایران

Azərbaycanlı, Qaşqay və Türkmən təşkilatlarının İranda Türk siyasi məhbusların durumu ilə bağlı insan haqları qurumlarınamüraciəti

Azad dünyanın vicdanlı insanları və tərəfsiz insan haqları quruluşları;   İran İslam Respublikası rejimi iqtisadi və siyasi böhranlara daha çox sürükləndikcə və cinayətkar, korrupsioner bir hakimiyyət kimi vətəndaşları arasında və beynəlxalq səviyyədə legitimliyini itirdikcə, təəssüf ki, siyasi, insan haqları, hətta mədəni və ekoloji fəallara qarşı təzyiqlərini artırır. Bununla da zorakılıq və basqılar yolu ilə öz ömrünü bir az da uzatmağa çalışır. Aydınların və siyasi-ictimai fəalların basqılara məruz qalması bütün diktatura və

Daha ətraflı »
اولین گزارش از برگزاری سمینار یک مارس 2025 در دانشگاه هومبولت آلمان

1Mart 2025-ci il Berlin Humboldt Universitetində keçirilən seminarla bağlı ilk hesabat

1  Mart 2025-ci il şənbə günü, “Azərbaycan Demokratiya və İnkişaf Assossasiası” (Ocaq) və “Tribun” qrupunun birgə təşəbbüsü ilə Berlin Humboldt Universitetində elan edilən seminar təşkil olundu. Seminar elan edilmiş gündəliyə uyğun olaraq üç ardıcıl panel şəklində keçirildi. Seminar həm ümumi Zoom şəbəkəsində, həm də Humboldt Universitetinin Zoom şəbəkəsində canlı yayımlandı. Birinci panel saat 10:00-dan 12:00-dək Berlində vəfat etmiş Azərbaycan şairi Nəsir Mirqatiyə həsr olunmuşdu. Bu panel 4 məruzə və Təbrizdə

Daha ətraflı »
Dünya Azərbaycanlıların Həmrəylik Günü

Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl Mübarək!

Dekabrın 31, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 1989-cu ilin dekabr ayının son günlərində Araz çayının hər iki tərəfində yaşayan azərbaycanlılar simvolik bir hərəkətlə İran-Sovet sərhədindəki tikanlı məftilləri qopardaraq, özlərini suya atıb, Arazın o tayındakı qohum və həmvətənləri ilə görüşməyə tələsdilər! O vaxtdan bəri baş verən bütün tarixi hadisələr göstərdi ki, siyasi sərhədlər heç vaxt Arazın hər iki tərəfində yaşayan insanların həmrəyliyinə, birliyinə və ortaq hisslərinə mane ola bilməyib.Bu mənəvi sərvət, İran

Daha ətraflı »
Ocağ Vizual Mediada

YouTube-da videolarımızı və söhbətlərimizi izləyin

Ocağın Məramnaməsi

Azərbaycan Demokratiya Və İnkişaf Ocağının (Bundan Sonra Ocaq) Məramnamə (Əsasnaməsi) Adı Ilə Hazırlanan Bu Sənəd Azərbaycan Və İranın Mövcud Vəziyyətinin Köklərini Qısaca Olaraq Nəzərdən Keçirir Və Izah Edir, Eləcə Də Onun Əsas Problemləri Və Böhranlarını Sadalayır. Daha Sonra Isə Mövcud Böhranları Həll Etmək Məqsədi Ilə Azərbaycan Ocağının Hansı Prinsiplər Və Baxışlar Üzərində Qurulacağını Açıqlayır. Sənədin Yekun Versiyası Hazır Olduqdan Sonra Ocağın Konqresində Nəzərdən Keçiriləcək Və Təsdiq Olunacaqdır.

Azərbaycan Mərkəzi Proqramı

01
Ümumdünya İnsan Haqları Bəyannaməsi

Eləcə Də BMT-Nin Bütün Konvensiyaları İranın Milli Qanunları Kimi Tanınmalı Və Bu Konvensiyaların Bütün Təfərrüatları Milli Qanunlarda Həyata Keçirilməli Və Qüvvəyə Minməlidir. Onlara Zidd Olan Bütün Qanunlar Ləğv Edilməlidir

02
Dünyəvi Hökumət

Hökumət Bütün Din, Məzhəb Və Ideoloji Inanclara Bərabər Yanaşmalı, Heç Bir Dövlət Orqanı Və Ya Hökumətə Bağlı Olan Şəxs, Din Və Ya Dini Inanc Əsasında Qərar Qəbul Etməməlidir

03
Cinsi/Gender Kimliyi

Gender Kimliyinə Əsaslanan Hüquqi Bərabərlik Konstitusiya Ilə Təmin Edilməli Və Bu Prinsipin Cəmiyyətin Bütün Səviyyələrində Həyata Keçirilməsi Daimi Nəzarətdə Saxlanılmalı, Eləcə Də Bu Baxımdan Digər Cinsi Və Gender Azlıqların Hüquqları Qorunmalıdır

04
Dil Və Mədəni Ədalət

Assimilyasiya Siyasətləri Tamamilə Dayandırılmalı, Bütün Dillər Və Kimliklər Tanınmalıdır. Gələcəkdə Bütün Etnik Qruplar Arasında Ədalət Nəzərə Alınmaqla Qanunlar, Qaydalar Və Layihələr Hazırlanmalı, Keçmiş Zülmlər Və Ədalətsizliklərin Əvəzinin Ödənilməsı, Həmçinin Nəticələrini Aradan Qaldırmaq Üçün Lazımı Tədbirlər Görülməlidir

05
Vətəndaşlara Nəzarət

Qanunvericilik, Icra Və Məhkəmə Hakimiyyətinin Müstəqilliyi Konstitusiya Ilə Təmin Edilməli Və Bu Üç Səlahiyyətin Icrasına Peşəkar Və Güclü Media, Həmçinin Qeyri-Hökumət Təşkilatları Nəzarət Etməlidir

06
Mərkəzdə Cəmləşməmiş Hakimiyyət

Hökumətinin Strukturundan Mərkəzçilik Aradan Qaldırılmalı, Dünyada Mövcud Ən Uğurlu Nümunələrə Əsaslanaraq Qanunvericilik Və Icra Işləri Mümkün Qədər Vətəndaşların Iştirakı Ilə Həyata Keçirilməlidi

07
Qonşularla Gərginliyin Azaldılması, Eləcə Də Qlobal Dəyərlərə Hörmət Və Rəğbətlə Əsaslanan Iqtisadi Inkişafın Öncəlik Olması

İran Təbii Sərvətləri Satmağa Ehtiyacı Olan Ölkədən Qlobal Bazarlarda Rəqabət Apara Bilən Məhsullar Istehsal Edən Ölkəyə Çevrilməlidir

08
Sosial Ədalət

Bütün Inkişaf Proqramları Və Layihələri Cəmiyyətinin Rifahına, Insanların Müxtəlif Təbəqələrinin Hüquqlarının Təmin Edilməsinə, Həmçinin Ayrı-Seçkiliyin Aradan Qaldırılmasına Xidmət Etməlidir

09
Ətraf Mühitin Mühafizəsi Və Bərpası

Ətraf Mühitin Qorunması Hər Bir Layihə Üçün Ən Vacib Şərt Olmalıdır. Bununla Yanaşı, Ekologiya Ilə Bağlı Aktual Problemlərin Ali Məktəb Və Ixtisaslaşmış Müəssisələrin Iştirakı Ilə Elmi Yanaşma Ilə Həlli Gündəmdə Olmalıdır

Azərbaycan Demokratiya və İnkişaf Ocağı

Bizimlə əlaqədə olun

Scroll to Top