Azərbaycan Demokratiya və İnkişaf Ocağı

İnkişaf Və Demokratik Düşüncənin Institutlaşması Istiqamətində Yol Açmaq Və Özünəməxsusluq, Cəmiyyətin Mövcud Problemlərinə Diqqət Yetirmək Və İran Və Güney Azərbaycan Cəmiyyətinin Geriqalma Amillərinə Toxunmaq Azərbaycanın Demokratiya Və İnkişaf Ocağının Hədəfləri Arasındadır.

Azərbaycan Ocağının Haqqında

Azərbaycan Demokratiya və İnkişaf Ocağı 2023-cü ildə quruluşunun son mərhələsini tamamladı. Ocaq Avropa, Amerika və dünyanın müxtəlif tədris və araşdırma mərkəzlərində təhsil almış təcrübəli və gənc siyasi-ictimai fəallar, eləcə də, qadın haqları müdafiəçilərindən ibarət tərkibdə təşkilatlandı.

İnkişaf Və Demokratik Düşüncənin Institutlaşması Istiqamətində Yol Açmaq Və Özünəməxsusluq, Cəmiyyətin Mövcud Problemlərinə Diqqət Yetirmək Və İran Və Güney Azərbaycan Cəmiyyətinin Geriqalma Amillərinə Toxunmaq Azərbaycanın Demokratiya Və İnkişaf Ocağının Hədəfləri Arasındadır.
Beləliklə, Demokratiya Ocağı Azərbaycan Və İran Türklərinin Milli Məsələlərindən Əlavə, İran Baş Verən Digər Sosial, Siyasi, Mədəni Məsələlərə Də Diqqət Yetirir.

Ən son blog yazıları

بیانیه کانون دموکراسی و توسعه آذربایجان
 درباره رویکرد ایدئولوژیک رژیم  در سیاست خارجی و مسئله فلسطین

Azərbaycan Demokratiya və İnkişaf Assosiyasiyasının (OCAQ) Bəyanatıİran Rejiminin Xarici Siyasət və Fələstin Məsələsində İrrasionalizmi Haqqında

Uzunmüddətli beynəlxalq sanksiyalar və siyasi təcrid, İran İslam Respublikasının xarici siyasətinin yanlış olduğunu göstərir. Ərəb ölkələrinin İsrail və ABŞ-a yönəlməsi, İranın terror və radikal islamçılığı ixrac etməsindən qorunmaq üçün atdığı addımlar, bu siyasətin uğursuzluğunu sübut edir. Təhlükəsizlik, ətrafı təhlükəsizləşdirməklə və zorakılıq ideologiyasını ixrac etməklə təmin edilə bilməz. İran İslam Respublikası, xarici güclərin müdaxiləsindən şikayət etdiyi halda, özü dünyanın müxtəlif yerlərində terror fəaliyyətləri ilə məşğul olub. Gizli terror qrupları uzun müddət

Daha ətraflı »
COP29

Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyası (Ocaq) BMT-nin İqlim Dəyişiklikləri Konfransı COP29-a məktubu

Bu məktub üç dildə (İngiliscə, Azərbaycan Türkcəsi və Farsca) konfransın katibliyinə göndərilmişdir. Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyası (OCAQ)   Tarix: 2024-11-11 Ünvan: BMT-nin İqlim Dəyişiklikləri Konfransı Katibliyi (COP29) Mövzu: İran hökumətinin yanlış idarəetməsi və sistematik diskriminasiyasının İran Azərbaycanı əhalisinin sağlamlığı və ətraf mühitə təsiri Salam və hörmətlə, Biz, Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyası (Ocaq), İran və bütün regionda sülh, demokratiya və davamlı inkişaf üçün fəaliyyət göstərən bir təşkilat olaraq, İranın yanlış

Daha ətraflı »
Violence against women poster

Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyasının (OCAQ) 25 Noyabr – Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə bəyanatı

İranda qadınlara qarşı zorakılıq, xüsusilə sistematik zorakılıq, yalnız fərdi və ya sosial bir məsələ deyil, həm də demokratiyanın və dayanıqlı inkişafın həyata keçirilməsində əsas maneələrdən biridir. Qanunları və siyasətləri davamlı olaraq qadınların hüquq və azadlıqlarını zəiflədən və onları həssas vəziyyətlərə salan bir sistemdə bu zorakılıq, hakimiyyətin və sosial nəzarətin qorunması üçün sistematik bir vasitəyə çevrilmişdir və fərdi zorakılıqlardan daha geniş ölçülərə çatmış və bir çox struktur və institusional səviyyələrdə kök

Daha ətraflı »

Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyasının işbirliyi ilə Berlin Humboldt Universitätı’nda konfrans keçirildi

4 May tarixində Almaniya’da, İranın gələcəyində Azərbaycan türklərinin təsiri barədə əhəmiyyətli bir konfrans keçirildi. “Azərbaycan (İran) və Davamlı Demokratıyanın Formalaşma Sürəci” adı ilə keçirilən konfransın evsahibi Berlində yerləşən Humboldt Universitätı idi. Konfransın təşkilatçısı “Azərbaycan Sivil Toplum Aktivistləri” quruluşu idi ki, Azərbaycan Demokratıya və İnkişaf Assosiasiyası (Ocaq) onun qurucularından biridir. Çıxışçıları sadəcə İran türklərindən olan konfransda tanınmış aktivistlər, siyasətçilər və gənc fəallar çıxış ediblər. Konfrans Azərbaycan Demokrat Partisinin nümayəndəsi xanım Simin

Daha ətraflı »

Azərbaycan Demokratiya və İnkişaf Ocağının Dunyalıq Əmək Günü ilə Bağlı Bəyanatı

1 May tarixi, ədalətin bərqərar olması, istismarçı və insani olmayan münasibətlərin aradan qaldırılması uğrunda əməkçilərin və işçilərin yüz illər boyu verdikləri mücadələnin anım günüdür. Bu gün zülm, yoxsulluq, savaş və ayrı-seçkiliyin olmadığı bir dünya uğrunda verilən mübarizənin simvoludur. Öyrətmənlər, pərəstarlar, təqaüdçülər, işçilər, işləyən uşaqlar və hətta işsizlər də daxil olmaqla, İranda bütün çalışanlar üçün Dunyalıq Əmək Gününün əhəmiyyəti artıqraqdır. Çünki bir tərəfdən İslam Cumhuriyətinin hakimiyyəti altında olan toplumun siyasi, iqtisadi

Daha ətraflı »

Azərbaycan Demokratiya və İnkişaf Ocağının Dünya Qadın Günü ilə Bağlı Bəyanatı

Dünya Qadınlar Günü dünya səviyyəsində bərabərlik mübarizəsinin bir bölümü olaraq dünyanın müxtəlif bölgələrindən cəmləşmiş arzu və istəklərin birliyini yüksəldən bir səhifədir. 8 Mart yalnızca keçmişdə görülmüş işləri anmaq deyil, həmdə həmrəyliyi və mübarizəni davam etdirmək üçün çağrışdırır. Azərbaycan Demokratiya və İnkişaf Ocağının quruluşundan sonra 8 Martın ilk İldönümündə dərin hörmət və qürur hissi ilə, azadlıq, bərabərlik və hər cür köhnəlmiş istismar və müstəmləkə qanunlarına qarşı savaşda dik duran bütün mübarizləri anırıq.Bu

Daha ətraflı »
Ocağ Vizual Mediada

YouTube-da videolarımızı və söhbətlərimizi izləyin

Ocağın Məramnaməsi

Azərbaycan Demokratiya Və İnkişaf Ocağının (Bundan Sonra Ocaq) Məramnamə (Əsasnaməsi) Adı Ilə Hazırlanan Bu Sənəd Azərbaycan Və İranın Mövcud Vəziyyətinin Köklərini Qısaca Olaraq Nəzərdən Keçirir Və Izah Edir, Eləcə Də Onun Əsas Problemləri Və Böhranlarını Sadalayır. Daha Sonra Isə Mövcud Böhranları Həll Etmək Məqsədi Ilə Azərbaycan Ocağının Hansı Prinsiplər Və Baxışlar Üzərində Qurulacağını Açıqlayır. Sənədin Yekun Versiyası Hazır Olduqdan Sonra Ocağın Konqresində Nəzərdən Keçiriləcək Və Təsdiq Olunacaqdır.

Azərbaycan Mərkəzi Proqramı

01
Ümumdünya İnsan Haqları Bəyannaməsi

Eləcə Də BMT-Nin Bütün Konvensiyaları İranın Milli Qanunları Kimi Tanınmalı Və Bu Konvensiyaların Bütün Təfərrüatları Milli Qanunlarda Həyata Keçirilməli Və Qüvvəyə Minməlidir. Onlara Zidd Olan Bütün Qanunlar Ləğv Edilməlidir

02
Dünyəvi Hökumət

Hökumət Bütün Din, Məzhəb Və Ideoloji Inanclara Bərabər Yanaşmalı, Heç Bir Dövlət Orqanı Və Ya Hökumətə Bağlı Olan Şəxs, Din Və Ya Dini Inanc Əsasında Qərar Qəbul Etməməlidir

03
Cinsi/Gender Kimliyi

Gender Kimliyinə Əsaslanan Hüquqi Bərabərlik Konstitusiya Ilə Təmin Edilməli Və Bu Prinsipin Cəmiyyətin Bütün Səviyyələrində Həyata Keçirilməsi Daimi Nəzarətdə Saxlanılmalı, Eləcə Də Bu Baxımdan Digər Cinsi Və Gender Azlıqların Hüquqları Qorunmalıdır

04
Dil Və Mədəni Ədalət

Assimilyasiya Siyasətləri Tamamilə Dayandırılmalı, Bütün Dillər Və Kimliklər Tanınmalıdır. Gələcəkdə Bütün Etnik Qruplar Arasında Ədalət Nəzərə Alınmaqla Qanunlar, Qaydalar Və Layihələr Hazırlanmalı, Keçmiş Zülmlər Və Ədalətsizliklərin Əvəzinin Ödənilməsı, Həmçinin Nəticələrini Aradan Qaldırmaq Üçün Lazımı Tədbirlər Görülməlidir

05
Vətəndaşlara Nəzarət

Qanunvericilik, Icra Və Məhkəmə Hakimiyyətinin Müstəqilliyi Konstitusiya Ilə Təmin Edilməli Və Bu Üç Səlahiyyətin Icrasına Peşəkar Və Güclü Media, Həmçinin Qeyri-Hökumət Təşkilatları Nəzarət Etməlidir

06
Mərkəzdə Cəmləşməmiş Hakimiyyət

Hökumətinin Strukturundan Mərkəzçilik Aradan Qaldırılmalı, Dünyada Mövcud Ən Uğurlu Nümunələrə Əsaslanaraq Qanunvericilik Və Icra Işləri Mümkün Qədər Vətəndaşların Iştirakı Ilə Həyata Keçirilməlidi

07
Qonşularla Gərginliyin Azaldılması, Eləcə Də Qlobal Dəyərlərə Hörmət Və Rəğbətlə Əsaslanan Iqtisadi Inkişafın Öncəlik Olması

İran Təbii Sərvətləri Satmağa Ehtiyacı Olan Ölkədən Qlobal Bazarlarda Rəqabət Apara Bilən Məhsullar Istehsal Edən Ölkəyə Çevrilməlidir

08
Sosial Ədalət

Bütün Inkişaf Proqramları Və Layihələri Cəmiyyətinin Rifahına, Insanların Müxtəlif Təbəqələrinin Hüquqlarının Təmin Edilməsinə, Həmçinin Ayrı-Seçkiliyin Aradan Qaldırılmasına Xidmət Etməlidir

09
Ətraf Mühitin Mühafizəsi Və Bərpası

Ətraf Mühitin Qorunması Hər Bir Layihə Üçün Ən Vacib Şərt Olmalıdır. Bununla Yanaşı, Ekologiya Ilə Bağlı Aktual Problemlərin Ali Məktəb Və Ixtisaslaşmış Müəssisələrin Iştirakı Ilə Elmi Yanaşma Ilə Həlli Gündəmdə Olmalıdır

Azərbaycan Demokratiya və İnkişaf Ocağı

Bizimlə əlaqədə olun

Scroll to Top