Ocaq Haqqında

Azərbaycan Demokratiya və İnkişaf Ocağı 2023-cü ildə quruluşunun son mərhələsini tamamladı. Ocaq Avropa, Amerika və dünyanın müxtəlif tədris və araşdırma mərkəzlərində təhsil almış təcrübəli və gənc siyasi-ictimai fəallar, eləcə də, qadın haqları müdafiəçilərindən ibarət tərkibdə təşkilatlandı.

Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyasının qısa olaraq Azərbaycan Ocağı 2023-cü ildə quruluşunun son mərhələsini tamamladı. Ocaq Avropa, Amerika və dünyanın müxtəlif tədris və araşdırma mərkəzlərində təhsil almış təcrübəli və gənc siyasi-ictimai fəallar, eləcə də, qadın haqları müdafiəçilərindən ibarət tərkibdə təşkilatlandı.

İnkişaf və demokratik düşüncənin institutlaşması istiqamətində yol açmaq və özünəməxsusluq, cəmiyyətin mövcud problemlərinə diqqət yetirmək və İran və İrandakı Azərbaycan cəmiyyətinin geriqalma amillərinə toxunmaq Azərbaycanın Ocağının hədəfləri arasındadır.

Beləliklə, Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyası Azərbaycan və İran türklərinin milli məsələlərindən əlavə, İran baş verən digər sosial, siyasi, mədəni məsələlərə də diqqət yetirir.

Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyası, İran tərkibində olan Azərbaycanda demokratiya və inkişaf yolunda ən vacib problemləri milli zülm, dil və kultural ayrı-seçkilikdən daha geniş görür və bu problemlərin İranın və bölgənin daha böyük kadrlarında həll olabiləcəyinə inanır.

Azərbaycan öz tarixi dövlətçilik mirası, həmçinin Məşrutə İnqilab dövründən bu günə qədər bir çox tarixi hadisə gedişində dəstəyi ilə İranın milli məsələlərini həll etmək və demokratik həll yollarını təqdim etmək baxımından nümunəvi bir əhəmiyyətə malikdir.

Bir əsrdən çox yaşı olmasına baxmayaraq, Azərbaycan modeli müasir, demokratik və plüral İrana keçid üçün ən populyar variantlardan biridir.

Azərbaycan hərəkatının digər xüsusiyyətləri onun mədəni və qeyri-zorakı xarakter daşıması, tarixi təqdimat mexanizmlərinin müxtəlif təbəqələr arasında geniş şəkildə qəbul edilməsi ilə bağlıdır.

Şübhə yoxdur ki, İranın dayanıqlı demokratiyası və adil inkişafı Güney Azərbaycanın demokratik haqq və hürriyətini əsas almadan və bu məsələni hərtərəfli yollarla həll etmədən mümkün olmayacaq.

Bununla yanaşı inkişaf maneələrini aradan qaldırmaq üçün hər iki tərəfin bir-birini başa düşməsi və qarşılıqlı fəaliyyət göstərməsi gərəklidir.

Azərbaycan Ocağı İranda və ya xaricdə heç bir dövlət orqanından asılı olmayan, müstəqil siyasi-ictimai bir qurumdur. Təşkilati cəhətdən mərkəz demokratik və şəffaf quruluşa malikdir.

Ocağın məqsədləri, prinsipləri və proqramları quruluş nizamnaməsində ətraflı təsvir edilmişdir. Biz inanırıq ki, millətlər arasında qarşılıqlı hörmətlə yaşamaq, inkişaf və demokratiya qurmaq, beynəlxalq aləmdə layiqli yer tutmaq üçün maksimum qarşılıqlı anlaşma və əməkdaşlıq lazımdır.

Buna görə də Azərbaycanın və İranın bütün bölgələrindəki bütün demokratik qüvvələri və fəalları əməkdaşlıq və koalisiya məqsədilə Azərbaycan Demokratiya və İnkişaf Mərkəzinə üzv olmağa dəvət edirik.

Duman Radmehr

Başqan

Başqan Və Mərkəzi Şura Üzvləri

Ayaz Ebadi

İnsani İnkişaf Araşdırmalar Mərkəzinin Direktoru

Aylar Çarığçı

Docent- Çoxdillilik üzrə akademisyən

İsmayıl Cəmili

Şair və Yazar

Əfşar Əbbasi

Biotexnologiya Doktoru

Əmir Mehdipur

Hüquqşünas - Avukat

Umay Radhmehr

Şəhərsalma Yüksək lisans Məzunu - Siyasi Fəal

Babək Akson

Kompüter Mühəndisi- Siyasi Fəal

Burla Alioğlu

Genetika Doktoru

Pərinaz Rəhmətullahi

Memarlıq Mühəndisi- Qadın Hüquqları Müdafiəçisi

Pinar Vüsuqi

Təhsil Elmləri Doktoru

Turəc Muğanlı

Elektrotextik mühəndisi - Ətraf Mühit Fəalı

Duman Radmehr

Mexanika Mühəndisiliyi Yüksək Lisansı- Proyekt Müdürü

Əliriza Ərdəbili

Siyasi Şərhçi- Milli Fəal

Qəzəl Rəsuli

Kəsişən/İntersekşınal Feminist

Məhəmməd Əzizi Qaraxanbəyli

Siyasi Fəal

Məmməd Ansa

Musiqi Üzrə Doktora Tələbəsi

Milad Talebi

İnşaat Mühəndisi - Mədəni Fəal

Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyasının (Azərbaycan Ocağı) təsis qurultayı

10 dekabr 2023

“Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyasının”nın

 Quruluş BƏYANATı

 

Hər keçən gün İran İslam Respublikası cəmiyyətin müxtəlif qruplarına qarşı bacarıqsızlıq, korrupsiya, ədalətsizlik və ayrı-seçkilikdə yeni rekordlar qırır. Getdikcə insanların çoxu rejimi islah etmək və normal həyat sürmək ümidini itirir. Cəmiyyətin əksəriyyətini dəyişiklik üçün hərəkətə keçməkdən çəkindirən və əsasən fəaliyyətsiz vəziyyətdə saxlayan dəyişikliyin nəyin bahasına olacağı, yəni gələcək haqqında şübhələrdir. İran İslam Respublikası məkrli bir şəkildə şübhə və fəaliyyətsizliyi artırmağa çalışdığı bir vaxtda, İslam Respublikasına qarşı müxalif qrupların performansı və diskursu insanların şübhələrini aradan qaldırmaqda çox təsirli olmayıb. 1979 inqilabının təcrübəsi, demokratiya qurmaqda uğursuz olması, həmçinin müharibə və sosial çökmə qorxusu insanların ağlında şübhələr yaradır ki, bunlar etimad qazanmadan və əlverişli, baha başa gəlməyən və əhatəli həllər təklif etmədən aradan qaldırıla bilməz.

Digər tərəfdən, Azərbaycan Milli Hərəkatının cari dalğasının başlanmasından 30 ildən çox keçib. Bu hərəkat, İran-İraq müharibəsinin sona çatması və Sovet İttifaqının dağılması ilə yenidən canlanaraq İranda Türklərin mədəni və siyasi tələblərini yenidən diqqət mərkəzinə gətirdi. Azərbaycanın İranı demokratikləşdirmək və etnik ayrı-seçkilik və irqçiliyə qarşı mübarizə tarixində uzun və parlaq bir tarixə baxmayaraq, xüsusilə 1946-cı ildə Azərbaycan Milli Hökumətindən sonra bu Hərəkatın şiddətli təqibi, siyasi və mədəni tələblərinin növbəti onilliklərdə əsasən ümumi siyasi hərəkatlar çərçivəsində və ədəbiyyat dilində ifadə edilməsinə səbəb oldu. Ancaq son otuz ildə bu Hərəkatın yeni bir mərhələsinin başlaması ilə bir daha ayrı-ayrı sosial və siyasi diskurs kimi mövcudluğunu nümayiş etdirməyə nail olub.

Bu arada, İran türkləri həm azərbaycanlı və qeyri-azərbaycanlı xalq və siyasi fəalları ayrı-seçkilik düyününün sülh yolu ilə çözülməsi, Azərbaycan və əslində İran xalqının əksəriyyəti son yüz ilin birləşdirmə siyasətlərinin fəlakətli nəticələri üçün ağır qiymət ödəyiblər. Bu gün, ətraf mühitin qorunması, qadın hüquqları, etnik ayrı-seçkiliklə mübarizə, irqçiliklə mübarizə və əlbəttə keçmiş mübarizələrin uzun tarixi ilə birlikdə, müxtəlif sahələrdə ədalətsizlik və bərabərsizliklə mübarizə aparmaq üçün onilliklər sərf etdikdən sonra, nəhayət bizim Azərbaycanın və İran türklərinin gələcəyi naminə gələcək fəaliyyətlərimizə istiqamət verməli olan böyük və dəyərli sivil mübarizə təcrübələri xəzinəmiz var.

Biz “Azərbaycan Demokratiya və İnkişaf Assosiasiyası” qısa olaraq “Azərbaycan Ocağı”nın təsisçiləri, belə bir keçmişə arxalanaraq və Azərbaycan Milli Hərəkatına gənclik ruhu və dinamizmi aşılamaq zərurətini hiss edərək hesab edirik ki, bu hərəkatın insan sərmayesini yaratmaq və gücləndirməklə, Azərbaycan cəmiyyətinin və İran türklərinin aktual problemləri siyasi qüvvələr və müxtəlif ekspertlər tərəfindən yeni çərçivədə demokratik və peşəkar şəkildə yenidən müəyyən edilməlidir. Biz inanırıq ki:

  1. Azərbaycan milli fəallarının sülhsevər və mədəni mübarizəsinə hörmət və dəyər verərək, gənclər və Azərbaycan cəmiyyətinin qadınları tərəfindən bu Hərəkatın səsinin daha çox eşidilməsi üçün bir mühit yaratmalıyıq. Bu baxımdan, bu vacib prinsip Azərbaycan Demokratiya və İnkişaf Ocağının və onun qurucu heyətinin formalaşdırılmasında nəzərə alınmışdır.
  2. Demokratik seçkilərin və müstəqil anketlərin olmadığı bir vəziyyətdə insanların istəklərini dəqiq başa düşmək çətin olsa da, demokratiyadan məhrum ölkələrdə belə, siyasi qüvvələr insanların siyasi davranışlarını və tələblərini öyrənməyə məcburdurlar. Baxmayaraq ki, Azərbaycanlıların son onilliklərdəki siyasi davranışları Azərbaycan Milli Hərəkatının bu regionda indiyədək ən mühüm və nüfuzlu siyasi və ictimai qüvvə olduğunu göstərir, Azərbaycan xalqının cari vəziyyətdən dərin narazılığına baxmayaraq, bu Hərəkat cəmiyyətin müxtəlif kəsim və təbəqələri ilə kifayət qədər uğurlu əlaqə qura bilməmiş və müəyyən dövrlər istisna olmaqla, narazı əksəriyyətlə yaxın əlaqə saxlaya bilməmişdir. Buna görə də Azərbaycanda, İranın qalan hissəsi kimi, cari düzənə qarşı çıxan, lakin təşkilatsız və minimal təşkilat və siyasi liderlikdən məhrum olan ‘sakit əksəriyyət’ və ‘passiv kəsimlərin’ mövcudluğu inkar edilməz bir həqiqətdir. Biz bu şərtlərdən xəbərdar olaraq Azərbaycan cəmiyyəti ilə belə bir əlaqə qurmağa çalışırıq.
  3. Azərbaycan və digər türklətin siyasi qüvvələri və ziyalıları son üç onillikdə İranda ayrı-seçkilik və irqçiliyə qarşı diskursları birləşdirmək və inkişaf etdirməkdə müəyyən qədər uğurlu olublar, xüsusən də onların diskursları sivil və dinc xarakter daşıyır. Ancaq təəssüf ki, insanların inamını qazana biləcək müsbət layihələr və alternativ təkliflər təqdim etməkdə ümumiyyətlə uğursuz olmuşlar. Azərbaycan ziyalıları və siyasi fəalları tərəfindən təqdim edilən söhbət növləri Azərbaycanda əhəmiyyətli siyasi dəyişikliklər üçün gələcəyə ümid yaratmır. Xüsusilə Azərbaycan orta kəsimi, demokratik və inkişaf etmiş bir alternativi riski az olan və zorakılıqsız yollarla axtarır və cari Azərbaycan siyasi diskursunun dominant təfsirinibir qədər skeptik və şübhə ilə qarşılayır.
  4. Bu əsasda, Azərbaycan Hərəkatının siyasi diskursunu, xüsusən insan haqları, demokratiya və inkişaf kimi universal və ümumdünya dəyərlərinə əsaslanaraq yenidən nəzərdən keçirmək və gücləndirmək zərurəti bizi Azərbaycan Ocağında birləşməyə yön vermişdir. Biz inanırıq ki, köhnə və boş şüarçılıqdan, populist və demaqoji söhbətlərdən və qatı və doqmatik ideologiya çərçivələrindən kənara çıxaraq yeni bir plan qurmalıyıq. Həmçinin, baxmayaraq ki biz də bu Hərəkatın bir çox azərbaycanlı milli fəalları və ziyalıları kimi İranın mərkəzi siyasi cərəyanlarında avtoritar və dar düşüncəli baxışların mövcudluğundan, habelə, onların Azərbaycan Milli Hərəkatının və onun xalqının müstəqil siyasi varlığını inkar etmək cəhdlərindən xəbərdarıq, amma inanırıq ki, bizim geniş İran cəmiyyətində və xüsusilə Azərbaycan içində görünməzliyimiz həm də Azərbaycan Milli Hərəkatının daxil olduğu təcridçi və passiv siyasətlərin nəticəsidir. Buna görə də, Azərbaycan dikursunu yenidən qurmaqda məqsədimiz Azərbaycan cəmiyyətinin müxtəlif sosial təbəqələrini cəlb etmək və daxili, milli və beynəlxalq legitimliyi qazanaraq Azərbaycan xalqı üçün demokratik və inkişaf etmiş gələcəyə nail olmaqdır.
  5. Daxili, regional və ya beynəlxalq siyasi bərabərliklərdə diskursiv legitimliyə və fəal iştiraka nail olmaq üçün Azərbaycan cəmiyyətinin və İran türklərinin problem və çətinliklərini izah etmək və dilə gətirmək üçün gənc, savadlı və ixtisaslaşmış qüvvələrdən istifadə etmək, həmçinin siyasi iradəni gücləndirmək lazımdır və bu, Azərbaycan Demokratiya və İnkişaf Ocağının təqib etdiyi vəzifələrdən biridir.
  6. Cəmiyyətdə ictimai rəyin formalaşması saysız-hesabsız dəyişənlərin rəqabətli müdaxiləsinin və çoxsaylı aktorların son istiqamətin müəyyən edilməsində payını artırmaq üçün apardıqları rəqabətin nəticəsidir. Azərbaycan milli qüvvələri boşluqda fəaliyyət göstərmirlər və son yüz ildə İranı idarə edən rejimlərin mütləq gücünü nəzərə alsaq, nəticələrin insan haqları və demokratiya tərəfdarları lehinə olmaması təbii görünür. Bununla belə, universal standartlara əsaslanaraq, siyasət sahəsində praktiklik və reallıq yanaşmasına sahib olmalıyıq və bu cür zərurətlərə uyğunlaşaraq, sülhsevər və demokratik dəyişikliklər yolu ilə riski az və zorakılıqsız yollarla daha yaxşı bir gələcək üçün yol açmalıyıq.
  7. Qadınlar və gənclərin yanında, uşaqlar, işçilər, əlillər, təqaüdçülər, yaşlılar və cinsi və gender azlıqlar da cari iqtisadi və sosial böhranda əsas qurbanlardır. Hərəkatlərın və sosial dəyişikliklərin təcrübəsi göstərir ki, müxtəlif kimliklərin qayğılarını və tələblərini tanımadan və bu qrupların cəmiyyətdə təmsilçilik quruluşunu gücləndirmədən, onların vəziyyətini gələcəkdə dəyişmək üçün heç bir ümid yoxdur. Buna görə də Azərbaycan Ocağı bu qrupların tələblərinin səsini tanımaq və gücləndirməyi öz hədəflərindən biri hesab edir.

Bu yanaşma ilə, Azərbaycan Demokratiya və İnkişaf Ocağı müxtəlif qarışıq kimlikləri və sosial təbəqələri olan gənc, təcrübəli və mütəxəssis şəxslərin toplaşması və əməkdaşlığı üçün demokratik bir təşkilatdır. Bizim məqsədimiz mədəniyyəti təşviq etmək, təşkil etmək və Azərbaycan cəmiyyətinin və İranın çoxsaylı problemlərinə demokratiya və inkişaf naminə məntiqli, davamlı və məsuliyyətli həllər təqdim edərək maksimum etimad qazanmaqdır. Bu məqsədə nail olmaq üçün, demokratik və mütəxəssis qüvvələrin əməkdaşlığına və tərəfdaşlığına ehtiyacımız var və bu yolla onları əməkdaşlığa dəvət edirik.

Azərbaycan Demokratiya və İnkişaf Ocağı (Azərbaycan Ocağı)nınTəsis Qurultayı

2023-12-12

Azərbaycan Demokratiya və İnkişaf Ocağı

Bizimlə əlaqədə olun

Scroll to Top